F1 komandalarının Bakıya gəliş vaxtı AÇIQLANDI

Hazırda oxunan: F1 komandalarının Bakıya gəliş vaxtı AÇIQLANDI

131382

2023 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar yarış həftəsi Bakıya gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov məlumat verib.

O bildirib ki, hazırda “Paddok Klub”da və ətraf yarış obyektlərində iş gedir və bu işlər yarış həftəsinə qədər davam edəcək.

“Qran Prinin keçirilməsi üçün tam şərait var və öncəki illərdən də daha gözəl şəkildə keçiriləcək. Maraqlı proqramlar olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO