"Putin özünün başlıca "kozırlar"ının birindən məhrum olub"

Hazırda oxunan: "Putin özünün başlıca "kozırlar"ının birindən məhrum olub"

586630
"Avropada qışın mülayim keçməsi Kremlin məkrli planlarını pozub..."
 
"Avropa İttifaqı ölkələrinin hökumətləri daha çox bərpa edilən enerji mənbələrinə diqqət etməli və sıxılmış təbii qaz üçün saxlanc yaratmalıdır..."
 
Rusiyanın hakim rejiminin rəhbəri Vladimir Putin Avropada mülayim qış səbəbindən özünün başlıca "kozırlarından" birini-Qərbə təzyiq alətini itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın  "CNN" telekanalı məlumat yayıb.
 
"Rusiya prezidenti Vladimir Putin öz qoşunlarına Ukraynaya hərbi müdaxilə etməyə əmr etdiiyi vaxtdan Avropa hökumətlərini bir məsələ narahat edib: Moskva qazı tamamilə kəsə bilərmi?
 
Lakin hava Kremlin planlarını pozub, çünki Avropada qış mülayim keçir. Bu, avropalılara qaz istehlakını azaltmağa imkan verib, Putin isə özünün başlıca "kozırlarının" birindən məhrum olub", - CNN yazır.
 
"Chatham House" analitik mərkəzinin baş elmi əməkdaşlı Keyr Caylz xatırladıb ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiyada Ukraynanın müttəfiqlərinin ilk şaxtalar  düşən kimi avropalıların dəstəyi dayandırması barədə cəsarətli bəyanatlar səsləndirilib, çünki qışı Rusiya qazı ilə isidilən isti evlərdə keçirməyə vərdiş edib.
 
"Rusiya qışdan öz arsenalında daha bir alətininin-energetika silahının gücünü artırmaq üçün istifadə etməyə can atıb. Rusiya qışın şaxtalarına bel bağlayaraq, Avropanı oyatmaq və Avropa ictimaiyyətini Ukraynaya dəstək verməyin onların boş güzdanına dəymədiyinə inandırmaq istəyib", - Caylz deyib.
 
Lakin Avropada qışın ikinci ayında mövcud olan müsbət hərarət Kremlin məkrli planlarını pozub. 
 
Ekspertlər güman edir ki, Avropanın Rusiya qazından asılılığı azaltmaq üçün imkanları var. Eyni zamanda, avropalı mütəxəssislər xəbərdarlıq edib ki, qaz ehtiyatı etmək kifayət deyil, həm də səmərəlilik üzərində daha çox çalışmaq lazımdır.
 
"Avropa İttifaqı ölkələrinin hökumətləri qazın qiymətinə nəzarətə daha çox diqqət yetirir, bu da uzaqgörən yanaşma deyil. Avropa daha çox bərpa olunan enerji mənbələrinə diqqət etməli və sıxılmış təbii qaz üçün saxlanc yaratmalıdır", - "CNN" vurğulayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO