TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan

Hazırda oxunan: TURKOVAC Azərbaycanda da istehsal oluna bilər - Erhan Akdoğan

94281

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "trend.az" ın suallarını cavablandırarkən Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.

O qeyd edib ki, TURKOVAC-ın sınaqları ilə əlaqəli Azərbaycanla sıx təmasdadırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Azərbaycana “TURKOVAC” vaksinləri göndərəcək - RƏSMİ


“Onlayn formatda iclaslarımız keçirilir, məlumat mübadiləsi aparılır. Dünyada pandemiya səngiyib. Virusun yeni növlərinin ortaya çıxmasına baxmayaraq, artıq əvvəlki qədər təsiriedici sayılmır, ölüm sayı azalır. Bu da öz növbəsində vaksinlərin üzərində də müəyyən təsirə malikdir. Biz artıq virusun yeni növləri əsasında müəyyən işlər aparırıq.

Bu sahədə də Azərbaycanla əməkdaşlığımıza davam edirik. Protokol əsasında Azərbaycana 1200 doza TURKOVAC vaksini göndərilib. Ehtiyac yaranarsa, əlavə dozalar da göndərə bilərik. Tələb olarsa, TURKOVAC Azərbaycanda da istehsal oluna bilər”, – deyə E. Akdoğan bildirib.
Qeyd edək ki, Azərbaycanda TURKOVAC-ın 3-cü faza klinik sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Sınaqlar 15 ay ərzində davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO