Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA

80969

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

Ölkədə son sutka ərzində 2 371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO