"Covid-19" son sutkada 33 nəfərin həyatına son qoydu

Hazırda oxunan: "Covid-19" son sutkada 33 nəfərin həyatına son qoydu

7205

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, bu günə qədər isə ümumilikdə 2 204 226 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO