Azərbaycanda ən çox yayılan dəri xəstəlikləri - Onlardan necə qorunmaq olar?

Azərbaycanda ən çox yayılan dəri xəstəlikləri - Onlardan necə qorunmaq olar?

Hazırda oxunan: Azərbaycanda ən çox yayılan dəri xəstəlikləri - Onlardan necə qorunmaq olar?

68498

“Əhali arasında daha çox qarşılaşdığımız dəri xəstəlikləri akne, atopik dermatit, övrə və s.-dir”. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə deyib.

O, nazirliyin saytına açıqlamasında bildirib ki, dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər.

Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s.: 

"Dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər". 
 

MÖVZU İLƏ BAĞLI:

Yayda müşahidə edilən dəri xəstəlikləri


Həkim həmçinin saç tökülməsinin və dırnaqların qırılmasının səbəblərindən də danışıb: 

"Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmamazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir". 

Ekspert ələavə edib ki, payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır.

Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır.

Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur: 

"Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur.

Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur.
Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s, C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s, A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s, D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s, E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər" - o deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO