Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 618 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 356, bu günə qədər isə ümumilikdə 6 617 758 test icra olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
18:36 / 10.03.2022
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA
64109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.