Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

35052

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 607 mindən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 607 min 337 nəfər yeni koronavirusa yoluxub, 8 min 925 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 218 milyon 511 min 764, ölənlər isə 4 milyon 532 min 509 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (156 min 2 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1232 nəfər) ABŞ-da qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə koronavirusdan ÖLƏNLƏRİN SAYI AÇIQLANDI


Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,1 milyon), Hindistan (32,8 milyon), Braziliya (20,7 milyon), Rusiya (6,9 milyon), Böyük Britaniya (6,7 milyon), Fransa (6,7 milyon) və Türkiyədə (6,3 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.

ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO