Moderator.az gənc şair Səxavət Kəlbəcərlinin yeni şeirini və düşüncələrini oxuculara təqdim edir:
"Mənim bəzi gənc isdedadli yazarlara iradım var. Düzdü məndə sevgi şeirləri yazıram amma vətənpərvər şeirləri unutmamalıyıq. təkcə köçkün yazarlar yox bütövlükdə yazarların hamısı aktiv olmaldır. Müharibə şəraitində olan bir ölkənin yazarları vulkan kimi püsgürməlidi .Ta tez-tez gəraylı formasında balaca şeirlərlə oxucuları yormamaldır. "
GƏRƏK VULKAN PÜSGÜRSÜN AZƏRBAYCAN ŞAİRİ
Siz vətən şeirlərin , söylə necə yazdınız?
Qarabağı heç zaman unutmayın şairlər.
Ruh dəyişdi , bir anlıq fikirdənmi azdınız ?
Qarabağı heç zaman unutmayın şairlər.
Gecələri düşünün, açılanda dan, yazın,
Əbədi cuşa gəlsin damarlarda qan,yazın.
Yazın o Kəlbəcərdən,yazın şuşadan yazın,
Qarabağı heç zaman unutmayın şairlər.
Ürəyimdə neçə dərt boya çatdı, irildi,
Sağlarım ölü kimi,ölülərim dirildi.
Qarabağ qan ağlayır elsiz iyirmi bir ildi
Qarabağı heç zaman unutmayın şairlər.
Birin yazıb durmayın,yazın beşindən yazın.
Rusun ,erməninin qanlı işindən yazın.
Xocalıda kəsilən gəlin döşündən yazın
Qarabağı heç zaman unutmayın şairlər.
İsdəmirəm o Tanrı kimsəyə səbir versin
Vətəni sevəki biz, öləndə qəbir versin.
Elə yazq ,Prezdent döyüşə əmir versin
Qarabağı heç zaman unutmayın şairlər.
Yaralı məmləkətin ,söyləsin qan, şairi
Vətən Vətən deməli verəndə can ,şairi.
Gərək bulkan püsgürsün Azərbaycan şairi
Qarabağı heç zaman unutmayın şairlər.






























































































