Arxayın ol, bu dəli sevda bir gün bitəcək...

Arxayın ol, bu dəli sevda bir gün bitəcək...

Hazırda oxunan: Arxayın ol, bu dəli sevda bir gün bitəcək...

61160
Moderator.az şair-publisist Nurəddin ismayılın daha bir yeni şeirini oxuculara təqdim edir:




Hansı sözdən sənə pay tutum

Gülüm, qalaq-qalaq söz var, 
Deyilməmiş hansı sözdən
sənə pay tutum.
Bəxtə işıq saçan
gör nə qədər ulduz var,
Bilmirəm, hansı ulduzu,
gözəllikdə sənə tay tutum.
Ulduz desəm, ay inciyər,
Ayım desəm, gün inciyər.
Necə bənzədim səni gülə,
Güllər baxıb alqış eylər,
gül üzünə, gülə-gülə.
Gözün ay tamaşası,
Hüsnündür şadlıq masası.
Yazıya almaq səni çətin,
Yazan yazmış mənsiz qismətin.
Nə söz tapıb deyim sənə,
Sözlə çarə bulunmaz 
candan sevənə.
Bəlkə, sözdə deyil, 
haray çəkən baxışdadır
ən böyük sevgi?!
Bəlkə, lal sükutdan ürəklərə
xalı düşən naxışdadır
ən böyük sevgi?!
Yanan bilər yanmaq nədir,
Səni mənə güldürən gözlər,
məni içimdən göynədir.
Sən sevəni
həsrət dolu gözündə gəz.
Atəşini ocaqların,
içindəki közündə gəz.
Qopur yarpaq, düşür ləçək,
Arxayın ol,
bu dəli sevda bir gün bitəcək.
Və yanar bir də sönən ocaqlar,
Və bitməz sevgidən umacaqlar.
Allahn lütfüdür insana sevgi,
qorxmaz  yanmağından,
sevən hər kəs onu qucaqlar.






 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO