Cənubi Azərbaycan poeziyasının 60 illik dövrünə işıq salan kitab...

Cənubi Azərbaycan poeziyasının 60 illik dövrünə işıq salan kitab...

Hazırda oxunan: Cənubi Azərbaycan poeziyasının 60 illik dövrünə işıq salan kitab...

59946
Moderator.az Vüqar Əhmədin yenicə işıq üzü görmüş daha bir kitabı haqqında oxucuları məlumatlandırmq istəyir. 
Kitabın redaktoru akademik Teymur Kərimli,rəyçiləri filologiya üzrə elmlər doktorları Rəhim Əliyev, İslam Qəribli, fəlsəfə doktoru Esmira Fuaddır. Monoqrafiya "MBM"nəşriyyatında kütləvi tirajla çap olunub. İlk dəfədir ki, Güney poeziyasının 60 illik dövrü fundamental şəkildə tədqiq olunur. 

Kitabın ön söz müəllifi yazıçı-publisist Oktay Hacımusalıdır.

Filologiya elmləri doktoru, professor, istedadlı şair”“publisist Vüqar Əhməd kitabda bizlər üçün dəyərli məxəzləri, qiymətli mənbələri araşdırıb bu unikal əsəri ortaya çıxarıb. Bu əsərin kökündə əslində 1950”“ 1980, 1990 və 2000”“ci illər Cənubi Azərbaycan poeziyası, ümumilikdə isə ədəbiyyatı incələnib, bu kitab geniş oxucu auditoriyasına “Biz kimik?”, “Özümüzü necə tanımalı və təsdiq etməliyik?” ”“ sualları verilib və bu suallara birgə cavab axtarılmağa çalışılıb. Çünki bu sualların cavabı indiyə kimi bizlərə o qədər dərin qatlarda gizlənibmiş kimi təqdim edilib ki, biz heç həmin suallara cavabı düşünməmişik belə. Sadəcə, bir xilaskar qəhrəman obrazı uydurmuşuq beynimizdə və həmin xilaskar qəhrəman obrazının gəlib bütün bu bilinməyən sualların cavabını tapacağını gözləmişik. Əslində, həmin sualların cavabı bizim poeziyamızda, klassik heca və əruz vəznlərində qələmə alınmasından asılı olmayaraq, üzünü Şərqə tutan poeziyamızda gizlənib, çox da dərində belə deyil, sadəcə üstünü kül örtüb və oğul gərəkdir ki, bu külü kənara çəkib o korun ”“ korun ocağı yenidən alışdırsın. Şəhriyarı, Səhəndi, Sahiri, Behrəngisi,Tudəsi,Tərlanı,Azəroğlusu,Əli Daşqını,Hadi Qaraçayı, Məlihə Əzizpuru olan (bu sadəcə Cənubi Azərbaycan poeziyasına aid olan imzalardır!) bir poeziya isə qətiyyən yox ola bilməz. O ocağın üstünü nə qədər kül bassa da, yenidən alovlanacaq, yenidən ortaya bir ”“ birindən dəyərli poeziya nümunələri çıxaracaqdır. Tədqiqat əsərində təkcə Cənubi Azərbaycan poeziyasının ən müxtəlif dövrlərinə işıq salınmır, həm də bir millətin gen yaddaşının səhifələri vərəqlənir, həmin şanlı səhifələrdə mövcud olan tarixi dəyərlər oxucuların nəzərinə, diqqətinə çatdırılır. Onu deyə bilərik ki, bu kitab Cənubi Azərbaycan poeziyası ilə bağlı məxəz rolunu oynamaqla yanaşı, eyni zamanda XX əsrdə bu ərazidə baş verən tarixi, siyasi ”“ ictimai hadisələrə işıq tutmaq baxımından qiymətli bir mənbədir. İnanırıq ki, sizlər də bu kitabı məhz bu aspektdə dəyərləndirəcək və oxuduğunuz kitabdan ayrı bir zövq alacaqsınız.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO