Cəlladlar köhnədir, çarmıxlar təzə...

Cəlladlar köhnədir, çarmıxlar təzə...

Hazırda oxunan: Cəlladlar köhnədir, çarmıxlar təzə...

56531
Bu şeiri ustad şairimiz Ramiz Rövşən 21 il öncə, parlamentin eks-spikeri İsa Qəmbər həbs edildiyi vaxt yazıb. Ondan sonra bu şeir dəfələrlə, təkrar-təkrar dərc olunub. Siyasi liderə həsr olunsa da, şeir ustad qələmi ilə yazıldığından və içində qəribə bir ruhaniyyat olduğundan bu şeir hələ də insanlara xoş gəlir, əzbərlənir. 

Maraqlıdır ki, İsa Qəmbərin Müsavat başqanı postundan getdiyi bu günlərdə bu şeiri yenidən dərc etməyi müsavatçı olmayan jurnalist həmkarlarımız xahiş etdilər.

Tanrı elçisidir Məhəmməd, İsa,
Yenə bu müqəddəs adlar dirilir.
Cəlladlar köhnədir, çarmıxlar təzə,
Ağrılar dirilir, dərdlər dirilir.

Qoy çəksin süfrədən gözünü aclar,
Çörək olmayacaq, ölüm olacaq!
Dərddən ağaracaq qapqara saçlar,
Hər dərdi bir çəkən gəlin olacaq.

Gör necə qızarır gül ləcəyi tək
Ovcumun içində mismar yerləri.
Mən sənə hədiyyə gətirəm gərək
Bu qanlı gülləri, qızıl gülləri.

”¦Bu dərdə yiyə dur, sən qorxma, oğlum,
Səni bu dünyada dərd böyüdəcək.
Əlim sənə çatmır, darıxma, oğlum,
Dərd səni məndən də mərd böyüdəcək...

musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO