Göylərmi ruhuna qol-qanad verib, o nə haray idi, gətirdin dilə!?

Göylərmi ruhuna qol-qanad verib, o nə haray idi, gətirdin dilə!?

Hazırda oxunan: Göylərmi ruhuna qol-qanad verib, o nə haray idi, gətirdin dilə!?

183901
Altıncı muğam müsabiqəsinin yüksək ”x9dQran-pri”x9d mükafatçısı Almaxanım Əhmədliyə ithaf olunur...
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 1.
Əritdin eynimdə nə təlaş vardı
Güney nəfəsinin bu qarı kimi.
Sənə əl çalmaqdan əlim qabardı
Qabaran köksümün vüqarı kimi.xa0
***
Büllur avazında dil açdı arzum,
Alqışa tuturam mehrimlə səni.
Sən məni səsinlə kövrəltdin, qızım,
Mən necə oxşayım şeirimlə səni?!
***
Göylərmi ruhuna qol qanad verib,
O nə haray idi, gətirdin dilə!?xa0
Cıdır düzümüzü “qürbət”x9ddə görüb,
Səsin vətən oldu “Xarı bülbül”x9d ə.
***
Muğamlar çağlasın bütün aləmdə,
Onunla büdrəməz məqam atımız...
Anamız çaldığı ilk layla, həm də
Bizim son ağımız-muğamatımız.
***
Başın uca olsun, pəmbə üzün ağ,
Saf, bəyaz ləçəksən, ya xəfif mehsən
Bir gözün Abşeron, biri Qarabağ-
Ikini bir edən qəlbinə əhsən!
***
Ötdün, zirvələrdən duman xa0dağıldı,
Sərçeşmə gözütək duru axanım.
Biri var, biri yox-desəm, nağıldı,
Üç yox, göydən düşən tək alma xanım.
***
“ Şahnaz ”x9dda nazlanıb donan heyrətdənxa0
Neçə qaysaq tutmuş yara oxudu...
Sünbül qırtlağında “ Segah “ım dən-dən,
Rübabə hönkürdü, Sara oxudu...
***
Məlhəmə döndərdin ahla, amanla
Titrək ürəyinin qönçə odunu.xa0
Ürkək kəklik kimi tülcə gümanlaxa0
Sehrə ism elədin sən öz adını.
***
Nəğmələr ötdükcə üzün olur Ay,
Sönən ulduz olsun nəzər, ay canım!
Bəmindir, zilindir o tayla bu tay,
Səsində bütövdür Azərbaycanım.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 2.
Yaşın muğam yaşı deyil,xa0
Ancaq səsin naşı deyil.
Yarış əl savaşı deyil,
Ələ qılınc alma, xanım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Almaxanım.
***
Qəlb harayın- Tanrı andı,xa0
Qəmli ötmə gəl, amandı!
Hər zəngulən qanaqandı;
Belə cəllad olma, xanım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Almaxanım.
***
Kövrək ötmə ziyadə sən,
Dərdi çökdür, yet dadə sən.
Tələbəykən ustadəsən,
Zirvə yoldan qalma, xanım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Almaxanım.
***
Hər guşə, xal ah səsindir,xa0
Fəryadın əsim əsimdir...
Həyat özü sarı simdir-
Ögey mizrab çalma, xanım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Almaxanım.
***
Sən oxusan ellər matdır,
Hikmət nədir- səslən, çatdır;
Bahar ömrün muğamatdır-
Gül ətri saç, solma, xanım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Almaxanım.xa0

(“Ədəbiyyat qəzeti”x9d) 8 iyul 2017-ci il
Yusif Nəğməkar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO