Rusiyada təyyarə binaya çırpıldı - Ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

Rusiyada təyyarə binaya çırpıldı - Ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

Hazırda oxunan: Rusiyada təyyarə binaya çırpıldı - Ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

99795

Rusiyanın Krasnodar bölgəsinin Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altından qalan daha 10 nəfərin meyiti çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Beləliklə hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər ölüb. Son məlumata görə, 19 nəfər yaralanıb.

Dağıntılar altından 68 nəfər xilas olunub, 360 nəfər isə təxliyə olunub.

23.51***

Rusiyanın Krasnodar diyarının Eysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat yayıb. 

Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir. 

Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur. 

*** 22.26

Rusiyanın Eysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Eysk şəhəri Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib. 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada DƏHŞƏT - Hərbi təyyarə yaşayış binasına çırpılıb – FOTO/VİDEO 


Ölənlərin sayı 3 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO