Krım körpüsündə hələlik minik avtomobilləri hərəkət edəcək - RƏSMİ - VİDEO

Krım körpüsündə hələlik minik avtomobilləri hərəkət edəcək - RƏSMİ - VİDEO

Hazırda oxunan: Krım körpüsündə hələlik minik avtomobilləri hərəkət edəcək - RƏSMİ - VİDEO

98269

Krım rəhbəri Sergey Aksyonov nəqliyyatda təhlükəsizliyin gücləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, Krım körpüsü ilə növbəti xəbərdarlıqa qədər yalnız minik avtomobilləri hərəkət edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Dəmir yolu xətti isə işləyəcək”, - deyə Aksyonov qeyd edib.

O bildirib ki, bütün növ avtobusların və ağır tonnajlı avtomobillərin daşınması “Lavrentiy” bərəsi ilə pulsuz həyata keçiriləcək.

Bundan əlavə, Krımda dəniz nəqliyyatı obyektlərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üzrə işlər də gücləndirilib.

Daha əvvəl bildirilmişdi ki, iritutumlu avtomobillərin daşınması üçün nəzərdə tutulmuş “Lavrentiy” bərəsi ilk səfərinə Krımdan 16 yük maşını ilə çıxıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO