Türkiyə alimləri “Covid 19” virusunu bir dəqiqədə məhv edən sprey hazırlayıblar.
Bizim.Media “Dailysabah.com”a istinadən xəbər verir ki, dərman ağız və burun boşluğunun toxumalarına zərər vermədən virusu məhv edir, hüceyrələrə girməsinin qarşısını alır.
“Genoxyn” adlı dərman Uludağ Universitetinin alimləri tərəfindən hazırlanıb və antimikrobiyal və antiviral təsirlərini test etmək üçün Çukurov Universiteti ilə əməkdaşlıq ediblər.
"Bizim əsas məqsədimiz bir virusun qısa müddətdə ölməsi, hüceyrələrə girməsinin qarşısını almaq və virusun miqdarını azaltmaqdır” – deyən dərmanı hazırlayan qrupun üzvü Ahmet Yumit Sabancı, spreyin ilkin formulunun təxminən iki il əvvəl hazırlandığını nanotexnologiyadan istifadə edilərək yaxşılaşdırıldığını və bundan sonra koronavirusun məhv edilməsində müsbət bir nəticə qeydə alındığı bildirib.
Onun sözlərinə görə, “Genoxyn” yalnız “COVID-19”-a deyil, digər viruslara, bakteriyalara və göbələklərə də təsir edir.
İltifat, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:32 / 26.01.2021
Koronavirusu bir dəqiqəyə məhv edən sprey hazırlandı
Hazırda oxunan: Koronavirusu bir dəqiqəyə məhv edən sprey hazırlandı
Hazırda oxunan: Koronavirusu bir dəqiqəyə məhv edən sprey hazırlandı
9739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.