“Google” hava şarlarından imtina etdi

“Google” hava şarlarından imtina etdi

Hazırda oxunan: “Google” hava şarlarından imtina etdi

9714

"Google" şirkəti Yer kürəsinin mürəkkəb relyefli ərazilərini sürətli internetlə təmin etməyi nəzərdə tutan "Project Loon" layihəsindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Google” məlumat yayıb.

Layihə hava şarları ilə planetimiz üzərində internet ötürücü şəbəkənin qurulması yolu ilə həyata keçirilməli idi.

Lakin müasir iqtisadi vəziyyət sözügedən ideyanın uğur qazanmasını sual altında qoyurdu. 

Qeyd edək ki, "Project Loon" 2013-cü ildə "Google X" bölməsi tərəfindən irəli sürülüb. 2018-ci ildə "Project Loon" ayrıca bölmə olaraq "müstəqillik" qazanıb. 

Xatırladaq ki, bir vaxtlar "Facebook" da analoji layihə ilə çıxış edib və bütün dünyanı internetlə təmin edəcəyinə söz verib.

Lakin hələ iki il öncə "Facebook Aquila" adlanan bu layihə də uğursuzluğa düçar olub.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO