Xəyanət edən qadından etiraf - Ərimlə...

Xəyanət edən qadından etiraf - Ərimlə...

Hazırda oxunan: Xəyanət edən qadından etiraf - Ərimlə...

9672

Adətən xəyanət edən həm kişi, həm də qadın bu əlaqəni hamıdan gizlətməyə çalışır. Lakin bu dəfə ki, qəhrəman xəyanətinin onun həyatını necə dəyişdiyini etiraf edib.

Bizim.Media “Mamamia” İtaliya portalına istinadən xəbər verir ki, Ciliya adlı qadın jurnalistə kənarda qurduğu əlaqəsi vasitəsilə necə xoşbəxtıiyini tapdığını deyib.

“Əvvəllər demək olar ki, çox əsəbi olurdum, uşaqlarla da pis davranırdım. Lakin sevgilim olan kişi ilə tanış olduqdan sonra həyatım tamamilə dəyişdi. Mən artıq evdə də çox şən bir qadına, anaya çevrilmişdim. Əvvəllər hirsləndiyim məsələlər məni daha əsəbləşdirmirdi”,- deyə o etiraf edib.

Ciliya doğru insana rast gəldiyini də deyib. Onun sözlərinə görə, əgər bir qadın ailədə xoşbəxt deyilsə və sevib-sevilmirsə mütləq həyatını dəyişməlidir.

“Mən başa düşürdüm ki, ərim tərəfindən sevilmirdim. Mənim də ona iki uşaqdan sonra hissim belə qalmamışdı. Ərimlə heç yataq münasibətimiz belə yox idi. Bu məni dünyanın ən bədbəxt qadını edirdi. Lakin sevgilimlə tanış olduqdan sonra həyat yoldaşımla da münasibətlərimiz düzəldi. Artıq o, işdən gələndə onu əsəbi, hər şeydən narazı bir qadın gözləmirdi”.

Nəticədə, həyat yoldaşı qarşısında vicdan əzabı çəkdiyi üçün o, ondan ayrılmaq qərarına gəlib və boşanmaq üçün məhkəməyə müraciət edib. Sevgi münasibəti çox uzun çəkməyən qadın onu yaxşı ana və həyat yoldaşına çevirən keçmiş sevgilisinə hər zaman borclu olacağını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO