82 yaşlı Paul Myersin hədiyyə etdiyi pulun North Shore şəhərindəki 268 yataqlı "Lions Gate" xəstəxanasının inkişaf etdirilməsinə xərclənəcəyi açıqlanıb.
Atdığı addım barədə mətbuata açıqlama verən Myers deyib ki, həyatı boyunca çox möhkəm çalışmış və bir az da şanslı bir insandır: "Və hər zaman həyatda bir iz buraxmağı düşündürdüm. "Lions Gate" Xəstəxanasına edə biləcəyim yardımla bunu reallaşdıra biləcəyim ağlıma gəlirdi".
1954-ci ildə köməkçi kimi işə düzəldiyi istilik sistemi quraşdırılması şirkətini satın alan Myers gördüyü işlərlə British Colombia və Yukon əyalətinin ən böyük şirkətlərindən birinin sahibi olub.




































































































