Tehranda “sosial təhlükəsizlik”x9d layihəsi adı altında narkotik alverçilərinin kütləvi həbsi həyata keçirilib.
Publika.az İranın “İrna”x9d xəbər agentliyinə istinadən xəbər verir ki, son həftə ərzində Tehran polisi tərəfindən 127 nəfər “quldur”x9d və narkotik alverçisi həbs edilib. Tutulan şəxslərin bir çoxu əvvəllər məhkəmə tərəfindən xuliqanlığa görə müxtəlif cəzalara məruz qalan şəxslərdir.
Qeyd edək ki, İranda “Sosial təhlükəsizlik”x9d layihəsinə 15 il öncə start verilib. Bu layihə əslində sadəcə quldurlarla mübarizə deyil. Layihə həm də “uyğunsuz hicabda”x9d gəzən xanımların, evlərində peyk antenalarından istifadə edən şəxslərin qarşısını almaq, qızlarla oğlanların birgə əyləndiyi qeyri-qanuni və gizli məkanları aşkar edərək dağıtmaqdan ibarətdir.

































































































