Sabiq nazir Qərb mediasını tənqid etdi – “Krımı Rusiya ərazisi hesab edirlər”

Sabiq nazir Qərb mediasını tənqid etdi – “Krımı Rusiya ərazisi hesab edirlər”

Hazırda oxunan: Sabiq nazir Qərb mediasını tənqid etdi – “Krımı Rusiya ərazisi hesab edirlər”

9555

Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin “Facebook” səhifəsində Krımı Rusiya ərazisi kimi qeyd edən Qərb mediasını tənqid edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.

"Dünyanın aparıcı agentliklərinin Krımı Rusiyanın ərazisi adlandırmaqlarını heç xoşlamıram". O, bu bəyanatı Almaniyanın “Birinci” kanalının və BBC televiziyasının xəbərlərində səsləndirib.

Eks-nazir hesab edir ki, bu cür yazıları təsadüfi sayaraq," özünü sakitləşdirmək olar", amma onun sözlərinə görə,"bu hadisə real problemdir".

Klimkin vurğulayıb ki, Ukrayna Krım mövzusu ilə bağlı bütün aparıcı agentliklərlə fəal işləməlidir.

"İşğal edilmiş Krım məsələlərinə emosional diqqət yetirmək bizdən başqa heç kimə maraqlı deyil",- deyə siyasətçi bildirib.

O, qeyd edir ki, avqustda Kiyevin yarımadanın "qayıdışı" məsələsini müzakirə edəcəyi "Krım platforması"nın işə salınması məsələsi uzun vaxt tələb edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO