Peyvəndlərin yeni koronavirusa qarşı effektiv olmadığı ortaya çıxıb

Peyvəndlərin yeni koronavirusa qarşı effektiv olmadığı ortaya çıxıb

Hazırda oxunan: Peyvəndlərin yeni koronavirusa qarşı effektiv olmadığı ortaya çıxıb

9539

Bizim.Media “Ferce Pharma” saytına istinadən məlumat verir ki, Cənubi Afrikada ilk dəfə ortaya çıxan koronavirus variantının, mövcud vaksinlərin təsirinə dözümlü olduğu müəyyən edilib.

Almaniyanın "BioNTech" şirkətinin istehsal etdiyi peyvəndinin geniş miqyasda istifadə olunduğu İngiltərə, İsrail və İsveçrə kimi ölkələr ilk dozada qorumanın gözləniləndən çox aşağı səviyyədə olduğunu açıqlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək" - Amerikalı həkim


Bundan başqa peyvəndin Braziliya və Cənubi Afrika mutasiyasına qarşı da qoruma xüsusiyyətinin olmadığı müəyyən olunub. İsveçrədə isə ikinci dəfə peyvənd vurulan yaşlıların dörddə birinin 2-ci həftənin sonunda yenidən koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, laboratoriya araşdırmaları sözügedən peyvəndin İngiltərədəki koronavirus mutasiyası "B.1.1.7" yə qarşı təsirli olduğunu, ancaq Braziliya və Cənubi Afrika mutasuyasına qarşı eyni nəticəni göstərmədiyini ortaya qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO