ABŞ körfəz ölkələrinə “Dəmir qübbə” yerləşdirir

ABŞ körfəz ölkələrinə “Dəmir qübbə” yerləşdirir

Hazırda oxunan: ABŞ körfəz ölkələrinə “Dəmir qübbə” yerləşdirir

9530

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin “Dəmir qübbə” hava müdafiə sistemlərini Körfəz ölkələrində yerləşdiriləcəyi bildirilir.

Bizim.Media İsrailin Haaretz qəzetinə istinadən məlumat verir ki, “Dəmir qübbə” hava müdafiə komplekslərinin alınması ilə bağlı müqavilə hələ Donald Trampın zamanında bağlanmışdı. Müqavilə çərçivəsində İsrail bu günədək ancaq öz ərazisində istifadə etdiyi “Dəmir qübbə” komplekslərinin ABŞ-a satılmasına razılıq vermişdi.

Qəzet Co Baydeninin yaxın vaxtlarda bir sıra müsəlman ərəb ölkələrinin İsrail ilə normallaşan münasibətləri çərçivəsində ABŞ-ın aldığı “Dəmir qübbə” hava müdafiə sistemlərini Körfəz ölkələrindəki hərbi bazalarında yerləşdirməyə hazırlaşdığı qeyd edib. 

Xatırladaq ki, ABŞ-ın Körfəz ölkələrində 12-dən çox baza fəaliyyət göstərir. Qəzet ABŞ nümayəndələrinin İsrail istehsalı olan “Dəmir qübbə” hava müdafiə sistemlərini Avropa, Orta Şərq və Uzaq Şərqdəki bazalarına yerləşdirmək üçün İsrailin yüksək səviyyəli rəsmilərinin razılığını aldıqlarını da qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO