“Rusiya Ukraynada nüvə və kimyəvi silahdan istifadə edərsə, bunun nəticələri olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada sözügedən addımı atarsa, nələrin baş verəcəyini özü də təxmin edə bilmir:
"Sizcə, bunun necə olacağını dəqiq bilsəm, sizə deyərdim? Təbii ki, sizə deməyəcəyəm. Bunun nəticələri olacaq. Rusiya dünyada həmişəkindən daha çox kənara çəkiləcək və cavabımız onların hərəkətlərinin masştabından asılı olacaq”, - deyə ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki, Co Bayden bir neçə ay əvvəl də Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, ABŞ-ın adekvat cavab verəcəyini bəyan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:06 / 17.09.2022
Bayden: "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, nə BAŞ VERƏCƏK?" – VİDEO
Hazırda oxunan: Bayden: "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, nə BAŞ VERƏCƏK?" – VİDEO
Hazırda oxunan: Bayden: "Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, nə BAŞ VERƏCƏK?" – VİDEO
94288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.