“Facebook”da problem yarandı – Səhər saatlarında

“Facebook”da problem yarandı – Səhər saatlarında

Hazırda oxunan: “Facebook”da problem yarandı – Səhər saatlarında

9376

Feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkədəki problemlər ABŞ-ın şərq sahilyanı ərazilərindəki şəhərlərdə yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə saat 06:31) müşahidə olunmağa başlayıb.

Feysbukun işindən Birləşmiş Ştatlarla yanaşı, Niderland və Böyük Britaniyada da şikayətlənirlər.

Sosial şəbəkə istifadəçilərinin təxminən 56 faizi hesablarında problemlərin yaranmasından, daha 25 faizi feysbukun tamamilə işləməməsindən, 18 faizi paylaşım lentinə baxa bilməmələrindən gileyləniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO