Avstraliya və Yeni Zelandiyada III Karl rəsmən kral elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb.
Avstraliyanın ABC Yayım Korporasiyasının məlumatına görə, general-qubernator Devid Harli kral III Karlı rəsmən Avstraliyanın hökmdarı elan edib.
Onun bəyanatında qeyd olunur ki, Kraliça II Yelizavetanın ölümündən sonra tac tamamilə və haqlı olaraq Şahzadə Çarlza keçib.
Yeni Zelandiyanın RNZ ictimai radio şirkəti bildirir ki, Çarlzın Yeni Zelandiyanın kralı kimi rəsmi elan edilməsi ölkə parlamentində baş tutub.
“Yeni Zelandiyalıların böyük əksəriyyəti üçün Yelizaveta tanıdığımız yeganə monarxdır. Onun ölümündən sonra isə biz yeni dəyişiklik dövrünə qədəm qoyuruq”, deyə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 11.09.2022
III Karl Avstraliya və Yeni Zelandiyanın kralı elan edildi
Hazırda oxunan: III Karl Avstraliya və Yeni Zelandiyanın kralı elan edildi
Hazırda oxunan: III Karl Avstraliya və Yeni Zelandiyanın kralı elan edildi
93179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.