2005-2014-cü illərdə Ermənistanın Müdafiə Nazirliyi Birləşmiş Amerika Ştatlarından və Çin Xalq Respublikasından hərbi dəstək alıb.
Bu 10 il ərzində Müdafiə Nazirliyi iki dövlətdən təxminən 45 milyon dollar məbləğində qrant alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi “Məlumatlandırılmış Vətəndaşlar İttifaqı”x9dnın sorğusuna cavab verərkən bildirib.
Məlumatda qeyd edilir ki, ABŞ-dan qrantlar “Xarici hərbi maliyyələşdirmə”x9d (35,7 milyon dollar) və “Beynəlxalq hərbi tədris və təlim”x9d (6 milyon dollar) proqramları çərçivəsində alınıb.
2009-2013-cü illərdə Çin Ermənistana 3,8 milyon dollar məbləğində təmənnasız hərbi yardım göstərib.


































































































