“Google” məlumatlarını dövlətlə paylaşmalıdır - Yeni TƏLƏB

“Google” məlumatlarını dövlətlə paylaşmalıdır - Yeni TƏLƏB

Hazırda oxunan: “Google” məlumatlarını dövlətlə paylaşmalıdır - Yeni TƏLƏB

9250

“Google” axtarış sisteminin Avstraliyada fəaliyyəti dayandırla bilər. Buna səbəb ölkədə yeni qaydaların tətbiqidir.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, “Google” yeni qaydalara görə məlumatlarını dövlət saytları ilə paylaşmalıdır.

Şirkət isə Avstraliya hökümətinin bu tələbi ilə razılaşmayıb və  axtarış sistemini ölkədə deaktivləşdirməklə hədələyib.  

Ölkənin Baş naziri Skot Morison bildirib ki, “Google”un bu hədəsi bəhrə verməyəcək. 

Platformanın Avstraliya üzrə rəhbəri Mel Silva isə hökumətin yeni qanununu reallıqdan uzaq adlandırıb.

Qeyd edək ki, yeni qanuna görə “Google”, “Facebook” və digərləri ölkədə fəaliyyət göstərmək üçün məlumatları dövlətlə paylaşmalıdır.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO