
- A-
- A
- A+
Dünya
21:32 / 17.01.2021
Batan gəmi ilə bağlı Kiyevdən açıqlama - 10 nəfər Ukrayna vətəndaşıdır
Hazırda oxunan: Batan gəmi ilə bağlı Kiyevdən açıqlama - 10 nəfər Ukrayna vətəndaşıdır
8800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” quru yük gəmisində olanlardan 10 nəfəri Ukrayna, digər ikisi isə əcnəbi vətəndaşdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə Rusiya gəmisi batıb – 11 nəfər axtarılır
XİN-in məlumatında 6 nəfərin xilas edildiyi, iki nəfərin cəsədinin tapıldığı, daha dörd nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.
Ukrayna hadisə yerinə konsulluğun əməkdaşlarını göndərib, hazırda araşdırma davam etdirilir.
İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































