Hindistanda iki nəfər ilan tutan ölümün pəncəsindən geri dönüb.
Bizim.Media “Asian News International”a istinadən xəbər verir ki, Hindistanın Şivamoqqa əyalətində bədbəxt hadisə yaşana bilərdi.
Belə ki, iki nəfər ilan tutan kral kobrasının sancmasından qurtulub. Görüntülərdə də əks olunduğu kimi ilan tutmaq istəyən iki nəfərdən öndə olanı qəfildən kobranınn hücumuna məruz qalıb.
Sonunda canlarını qurtara bilən ilan tutanlar kral kobrasını da yaxalayıblar.
Qeyd edək ki, kral kobrası dünyanın ən uzun zəhərli ilanıdır. Uzunluğu 6-7 metr olan sürünənin çəkisi 9 kiloqrama qədər olur.
Kral kobrasının qidasının əsas hissəsini pitonlar və öz cinsinin xırda ilanları təşkil edir.
Bizim.Media