“Twitter” şirkətinin rəhbəri Cek Dorsi ilk dəfə hazırkı ABŞ Prezidenti Donald Trampın hesabının bloklanmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, qərar təhlükəli presedent təşkil etsə də, düzgündür.
MÖVZU İLƏ BAĞLI:
Tramp "Twitter"i çökdürür
“Mən Donald Trampı “Twitter”də bloklamalı olduğumuz üçün şad deyiləm və bununla fəxr etmirəm. Bu düzgün idimi? Hesab edirəm ki, bu “Twitter” üçün düzgün qərar idi”, - deyə C.Dorsi bildirib. (techland)
Bizim.Media