“İsveçin 2021-ci ildə ATƏT-ə sədrliyi dövründə əsas prioriteti regiondakı münaqişələrin həllinə töhfə verməkdir”
Bizim.Media-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri, xanım Ann Linde ölkəsinin təşkilata sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
ATƏT-in yeni sədrindən Qarabağ açıqlaması
Linde münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidləri qəbuledilməz sayıb.
Onun sözlərinə görə, regiondakı münaqişələrin həlli gündəliklərinin əsasını təşkil edir.
"Münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün güclü prioritetdir. Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi, münaqişələrin həll edilmədiyi zaman meydana çıxan riskləri açıq şəkildə ortaya qoydu", - deyə İsveçin xarici işlər naziri vurğulayıb.
ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, münaqişə hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər:
"Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik".
Bizim.Media