Çində 8 aydan sonra koronavirusdan ilk ölüm qeydə alındı

Çində 8 aydan sonra koronavirusdan ilk ölüm qeydə alındı

Hazırda oxunan: Çində 8 aydan sonra koronavirusdan ilk ölüm qeydə alındı

8429

Çində son 8 ayda koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən sutkada Çində 138 yeni yoluxma müəyyən edilib, bir nəfər ölüb. Ölüm faktı Hebei əyalətində aşkarlanıb.

Məlumata görə, ölkədə 16 may 2020-ci ildən bəri virusdan ölüm hadisəsi baş verməyib.

Ümumilikdə isə, Çində koronavirusa yoluxanların ümumi sayı 87 844-ə çatıb. Hazırda 885 aktiv xəstə var, 24 nəfərin vəziyyəti ağırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO