ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə prezident Donald Trampın impiçmentinə qərar verib.
Bizim.Media “RİA Novosto”yə istinadla xəbər verir ki, Trampın partiyadaşlarından 10 nəfər bu qərarı dəstəkləyib.
MÖVZU İLƏ BAĞLI:
Respublikaçılar Senatı toplamaqdan imtina etdilər - Trampın impiçmenti alınmayacaq
232 konqresmen qərarın leyhinə, 197 əleyinə səs verib. Bununla da Tramp ABŞ tarixində iki dəfə impiçmentə məruz qalan ilk prezident olub.
Nümayəndələr palatasının qətnaməsində Trampın hərəkətlərinin konstitusiyada ifadə edilmiş “ağır cinayətlər və qanun pozuntuları” ilə uyğun olduğu bildirilib.
Qeyd edək ki, bundan sonra qətnaməyə Senat baxmalıdır.
Bizim.Media