İtaliyada iki nazir istefa verdi

İtaliyada iki nazir istefa verdi

Hazırda oxunan: İtaliyada iki nazir istefa verdi

8412

İtaliya hökumətinin keçmiş rəhbəri Matteo Rensi “Italia Viva” partiyasını təmsil edən iki nazirin istefa etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, eks-baş nazir bunu mətbuat konfransında açıqlayıb. Tədbir “Rai News” telekanalı tərəfindən yayılıb.

Öz kreslolarını Kənd təsərrüfatı naziri Tereza Bellanova və Bərabər imkanlar üzrə nazir Yelena Bonneti tərk edəcək. Həmçinin xarici işlər nazirinin müavini İvan Skalfarotto da vəzifəsindən ayrılacaq.

Faktiki olaraq, bu qərar "Italia Viva” partiyasının hakim koalisiyadan çıxması deməkdir. Rensi bildirib ki, böhranlı vəziyyət son bir neçə ay ərzində inkişaf edib.

Bir müddət əvvəl sabiq baş nazir Konstitusiya islahatının İtaliyada keçirilməsinə çağırıb.  

Onun sözlərinə görə, Nazirlər Kabineti başçısının və ya prezidentin birbaşa seçkilərini keçirmək lazımdır.

Rensi qeyd edib ki, vətəndaşlar şəhər merlərinin seçkilərində olduğu kimi, öz taleyini kimə etibar etmək barədə müstəqil qərar verməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO