Moskvada nadir hadisə baş verib. Puşkin adına xəstəxanada çəkisi 5.740 qram olan körpə dünyaya gəlib.
Bizim.Media “smotrim.ru” nəşrinə istinadən bildirir ki, ana və körpənin səhhətində heç bir problem yoxdur. .
Doğum evinin mama-ginekoloqu Rana Xaitova onların hazırda evə buraxıldıqlarını bildirib.
Qeyd edək ki, uşaq ailənin ikinci övladıdır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanada bu tip doğumlar nadir halda baş verir.
Belə ki, xəstəxanada 12 il əvvəl 6.700 qram çəkidə körpə dünyaya gəlib.
Bizim.Media