
- A-
- A
- A+
Türkiyə Rusiyadan yenə S-400 alır
Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir Rusiyadan ikinci S-400 hava müdafiə sistemini satın almağın şərtlərini açıqlayıb.
Bizim.Media ria.ru-ya istinadən xəbər verir ki, o, çıxışı zamanı bildirib ki, hazırda onlar Rusiya ilə bu barədə danışıqlar aparır.
"ABŞ tərəfindən əlavə sanksiyalar tətbiq olunana qədər biz bunda risk görmürük. İstəsəydik, ikinci S-400 kompleksi bu gün əlimizdə olardı, lakin bizim üçün əsas ortaq istehsal və texnologiya transferidir”,- deyə, o, bildirib.
O, Türkiyənin aldığı S-400 sistemlərinin hazır olduğunu və ehtiyac yaranan kimi istifadə ediləcəyini də bildirib.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 hava müdafiə sistemini satın aldığı üçün Türk rəsmiləri və qurumlarına qarşı sanksiyalar tətbiq edib.
Vüsalə Balayeva, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































