
- A-
- A
- A+
Dünya
18:47 / 17.10.2020
İsveçrədə Gəncənin raket atəşinə məruz qalmasına etiraz edildi
Hazırda oxunan: İsveçrədə Gəncənin raket atəşinə məruz qalmasına etiraz edildi
Özət:
- Azyaşlıların öldürülməsi terror aktıdır
808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz ediblər. Aksiya Bernin Helvetia Platsa meydanında keçirlib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, aksiyada Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması pislənilib. Mülki vətəndaşların, azyaşlı uşaqların həlak edilməsi terror aktı kimi qiymətləndirilib.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































