“WhatsApp”la bağlı qərar yalandır

“WhatsApp”la bağlı qərar yalandır

Hazırda oxunan: “WhatsApp”la bağlı qərar yalandır

8061

"Pusholder" adlı səhifə "WhatsApp"-ın gizlilik haqqında son verdiyi qərardan imtina etdiyi barədə tivit paylaşıb.

Bizim.Media-nın məlumatına görə, səhifə bu xəbəri "CNN"-ə istinadən yaydığını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını “Facebook”da paylaşacaq


Lakin nə CNN-in saytında, nə də rəsmi şəkildə belə qərar haqqında məlumat var.

Yerli teleqram kanalları isə xəbəri dəqiqləşdirmədən bu tivitə əsasən dezinformasiyanı yayıb.

Qeyd edək ki, "WhatsApp" messencerinin yaradıcıları fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni bənd əlavə edib.

Yeniliyə əsasən, "Facebook"a aid olan "WhatsApp" istifadəçi vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün "tətbiqetmə ailəsi" ilə bölüşəcək.

Şirkət tərəfindən toplanan məlumatlar coğrafi məkanı, sosial şəbəkələrdə aktivliyi və smartfona bu proqramların quraşdırılıb-pozulmasını əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO