Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib

8058

Johns Hopkins Universitetinin məlumatlarına görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 90 milyonu keçib.

Bizim.Media xəbər verir ki, beləliklə, 11 yanvar səhəri etibarilə dünyanın 191 ölkəsində və bölgəsində 90.260.464 COVID-19 hadisəsi qeydə alınıb, 1.934.605 nəfər ölüb.

Virusa yoluxanların sayına görə 22 milyon ilə ABŞ liderdir. 10,4 milyonla Hindistan ikinci, 8,1 milyonla Braziliya üçüncü yerdədir.

COVID-19 ölümlərinin əksəriyyəti ABŞ, Braziliya və Hindistanda qeydə alınıb: 374 min, 203 min və 150 min.

Bundan əlavə, bu həftə sonu Çində koronavirusdən ilk ölümün qeydə alınmasından bir il keçir.

9 yanvar 2020-ci ildə tez-tez Uhandakı dəniz məhsulları bazarına baş çəkən 61 yaşlı bir kişi ölüb. Bura virusun yayılmağa başladığı yerlərdən biri olaraq adlandırılıb.

Çin hakimiyyəti rəsmi olaraq yalnız yanvarın 11-də ölümünü elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO