Məşhur Hollivud aktyoru Arnold Şvartsneger bəyan edib ki, imkan olsaydı, o prezidentlik uğrunda yarışa qatılardı və yəqin ki, ölkəni Barak Obamadan yaxşı idarə edərdi.
Bu barədə AzVision.az “Daily Mail”x9də istinadən xəbər verir.
“Hamı yaxşı bilir ki, əgər mən ABŞ-da anadan olsaydım prezident seçkilərində öz namizədliyi irəli sürərdim. Mən bu işi o oğlanlardan daha yaxşı edərdim. İnanın mənə!”x9d, - deyə Şvartsneger Sidneydə `Terminator: Genesis` filminin təqdimat mərasimi zamanı bildirib.
Aktyorun sözlərinə görə, ABŞ prezidenti vəzifəsi onun üçün əl çatmazdır və o, bu məsələyə görə şikayətlənmək niyyətində deyil: `Çünki həyatda hər şeyə ABŞ-ın sayəsində nail olmuşam`






































































































