Finlandiya "NATO" pivəsinin istehsalına başladı

Hazırda oxunan: Finlandiya "NATO" pivəsinin istehsalına başladı

75672

Finlandiyada kiçik pivə zavodu Skandinaviya dövlətinin Qərb hərbi ittifaqına qoşulmaq istəklərini qeyd etmək üçün NATO adlı pivə istehsal edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı AP agentliyi yayıb.

Olaf Brewing-in NATO pivəsinin üzərində qurumun kompas simvolu ilə bəzədilmiş metal zirehdə pivə içən orta əsr cəngavərinin karikaturası olan mavi etiket var.

Pivənin adı fin dilindəki “Otan olutta” ifadəsi (mənası “pivə içəcəyəm”) və fransızca “NATO – OTAN” abbreviaturası üzərində qurulmuş bir oyundur. 

Şimali Atlantika Müqaviləsi Təşkilatının iki rəsmi dili var: ingilis və fransız.

Cümə axşamı şirkətin baş direktoru Petteri Vanttinen xəbər agentliyinə bildirib ki, zavodun həftəsonu pivə istehsalına başlamaqla bağlı xüsusi qərarı "Ukraynadakı müharibə və onun Finlandiya üçün fəsadları ilə bağlı narahatlıq" ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO