Türkiyənin xarici işlər naziri İsrailə gedəcək - 15 ildən sonra İLK DƏFƏ

Hazırda oxunan: Türkiyənin xarici işlər naziri İsrailə gedəcək - 15 ildən sonra İLK DƏFƏ

75662

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İsrailə səfər etməyi planlaşdırır.

Bizim.Media yerli KİV-lərə istinadən xəbər verir ki, bu səfər son 15 ildə nazirin İsrailə ilk səfəri olacaq.

Bundan əvvəl M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşmək üçün İsrailə səfər etməyi planlaşdırdığını bildirib. O, İsrail səfərindən bir gün əvvəl Fələstinə də səfər etməyi planlaşdırır.

Türkiyə və İsrail son zamanlar ikitərəfli əlaqələri inkişaf etdirmək üzərində çalışırlar. Bu kontekstdə enerji potensial əməkdaşlıq sahəsinə çevrilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında İsraillə enerji əməkdaşlığına “çox ümid etdiyini” və İsrailin baş naziri Naftali Bennettlə bu məsələni müzakirə edəcəyinə ümid etdiyini bildirib (trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO