Türkiyənin Şərqi Aralıq dənizində hərbi təlimləri başladı: 7 gəmi, 3 sualtı gəmisi... - FOTO

Hazırda oxunan: Türkiyənin Şərqi Aralıq dənizində hərbi təlimləri başladı: 7 gəmi, 3 sualtı gəmisi... - FOTO

75660

Türkiyənin Şərqi Aralıq dənizində “Kurtaran-2022” hərbi təlimləri başlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında bildirilib.

Təlimlərə 12 ölkədən 26 müşahidəçi qatılıb. Müşahidəçi ölkələr arasında Azərbaycan da var.

Mayın 27-dək davam edəcək təlimlərə Aksaz Dəniz Baza Komandanlığında müşahidəçilərin iştirakı ilə keçirilən brifinqlə start verilib.

Təlimlərə Türkiyənin yeddi gəmisi, üç sualtı gəmisi, bir təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı (İHA), iki sahil mühafizə qayığı və polis axtarış-xilasetmə briqadasının əməkdaşları cəlb olunublar.

Təlimlər dəniz altında axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO