ABŞ ərəb ölkələrini hansı məqsədlə birləşdirir?

Hazırda oxunan: ABŞ ərəb ölkələrini hansı məqsədlə birləşdirir?

7542

Dünən Səudiyə Ərəbistanın ev sahibliyi ilə Körfəz Əməkdaşlıq Şurasının 41-ci iclası baş tutub.

İclasda Körfəz ölkələrinin son illərdə ciddi gərginlik yaşadığı Qətərlə əməkdaşlığın yenidən bərpa edilməsi haqqında müzakirələr aparılıb və yekun qərar qəbul edilib. Qərara əsasən Körfəz ölkələri Qətərlə davam etməkdə olan gərginliyin sonlandırılması istiqamətində razılığa gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Məhəmməd bin Salman körfəz ölkələrinə səsləndi: "İranın təhdidinə qarşı çıxın”


Yaxın günlərdə Səudiyyə Ərəbistanı və Qətər arasında 3 ilə yaxın davam edən gərginliyin aradan qaldırılması üçün müqavilə imzalanacağı gözlənilir.

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistan rəsmilərindən ard-arda verilən açıqlamalarda Şuranın qərarının Körfəz ölkələri arasındakı əməkdaşlığı gücləndirəcəyi və birliyi təmin edəcəyi vurğulanıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində "terror qruplarını dəstəkləmək" ittihamı ilə Qətərlə bütün diplomatik münasibətlərini kəsmiş və bu ölkəyə iqtisadi embarqo tətbiq etməyə başlayıb.

Qərara əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin 2017-ci ildən bəri Qətərə tətbiq etdiyi hava, quru və dəniz embarqosunun qaldırılması gözlənilir.

Buna cavab olaraq Qətər də Körfəzdəki 3 qonşusuna qarşı açılmış iddiaları geri götürəcək və tərəflər mediada bir-birlərinə qarşı qarayaxma kampaniyalarına son qoyacaqlar.

Digər tərəfdən ABŞ-ın Körfəz ölkələri ilə Qətər arasındakı böhranın həllində "böyük bir addım" olaraq xarakterizə edilən müqavilə üçün vasitəçilik etdiyi qeyd olunub. Trampın baş məsləhətçisi və eyni zamanda da kürəkəni olan Jared Kuşnerin bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanına və Qətərə ayrıca səfərlər edib.

Səfərlər nəticəsində Kuşnerin hər iki ölkənin liderləri ilə görüşdüyü və gərginliyin aradan qaldırılması ilə bağlı razılığa gəlindiyi qeyd edilir.

Kuşnerin eyni zamanda yaxın günlərdə reallaşacaq imza mərasiminə də qatılacağı qeyd olunur.

Analitiklərin fikrincə, həm Qətər, həm də Səudiyyə Ərəbistanının bu razılaşmanı Tramp administrasiyasına qarşı "jest" olaraq dəyərləndirilə bilər. Co Bayden hakimiyyəti dövründə ABŞ-la münasibətlərini eyni səviyyədə qoruyub saxlamağı hədəfləyən Körfəz ölkələri yeni administrasiya üçün təmiz bir səhifə açmağa hədəfləyirlər.

Lakin ABŞ-ın son il ərzində Körfəz ölkələrinin həm öz aralarında, həm də İsraillə olan münasibətlərinin yaxşılaşdırılmasında öz gücündən istifadə etməsi bəzi şübhələr yaradır.

ABŞ-ın Yaxın Şərq regionunda ciddi şəkildə münasibətləri normallaşdırmaq cəhdlərinin arxasında İrana qarşı regional əməkdaşlığın yer aldığı qeyd olunur.

ABŞ İsrail və Körfəz ölkələrinin İrana qarşı birgə mübarizəsini təşkil etmək üçün regiondakı anlaşmazlıqları həlli üçün bütün vasitəlrədən istifadə edir. Yeni Co Bayden hakimiyyətinin isə əsas hədəfinin İran təhlükəsinin aradan qaldırılması olacağı proqnozlaşdırılır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO