İlon Mask ona 250 min dollar ödədi - Seksual təqibə görə... 

Hazırda oxunan: İlon Mask ona 250 min dollar ödədi - Seksual təqibə görə... 

75361

"SpaceX"in korporativ reaktiv donanması ilə müqavilə əsasında işləyən stüardessa “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı seksual təqibdə günahlandırır.  

Bizim.Media xəbər verir ki, insayderlərin məlumatına görə, adı açıqlanmayan stüardessaya susması və qarşı tərəfi məhkəməyə verməyəcəyinə dair söz verməsi üçün 250 min dollar ödənilib.  

Hadisə barədə isə zərərçəkənin dostu məlumat verib. 2016-cı ildə Londona səfəri zamanı “Twitter”in gələcək sahibi zərərçəkəndən ona “tam bədən masajı” etməyi xahiş edib.  

Bildirilir ki, stüardessa Maskın yanına gedəndə o, “tamamilə çılpaq olub” və yalnız bədəninin aşağı hissəsini mələfə ilə örtüb.  

Daha sonra milyarder onun icazəsi olmadan qıza toxunub. İntim münasibət üçün İlon stüardessaya at almağı təklif edib (at çapmağı sevdiyinə görə).  

İnsayderin sözlərinə görə, sonda qız Maskla intim münasibətdən imtina edib.  

İş adamı isə onunla bağlı bu ittihamları rədd edir və “Twitter” hesabında yazıb: “Ona qarşı hücumlara siyasi prizmadan baxmaq lazımdır”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO