Məhəmməd bin Salman körfəz ölkələrinə səsləndi: "İranın təhdidinə qarşı çıxın”

Hazırda oxunan: Məhəmməd bin Salman körfəz ölkələrinə səsləndi: "İranın təhdidinə qarşı çıxın”

7522

“Rəsmi Tehranın təhdidinə qarşı çıxmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Körfəz Sammitinin açılışı zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

3 illik embarqoya son – VİDEO


Onun fikrincə, Qətərlə mübahisələrə son qoymaq üçün bir razılaşma imzalanmalıdır.

Reuters agentliyi yazır ki, Məhəmməd bin Salman hava limanında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdükdən sonra onu qucaqlayıb.

Körfəz ölkələrinin liderləri təfərrüatları açıqlanmayan bir sənəd imzalayıblar.

İclasdan əvvəl Küveytin rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı müttəfiqləri ilə birlikdə 2017-ci ilin ortalarında Dohanı boykot edib, indi isə hava sahəsini və Qətər ilə sərhədləri yenidən açır.

ABŞ-dan olan yüksək bir mənbə müqavilənin Ağ Evin baş məsləhətçisi Jared Kuşnerin iştirakı ilə imzalanacağını söyləyib.

Sammitin açılışı zamanı Səudiyyə Ərəbistanının vəliəhdi geniş çıxış edib. O, İrana da bəzi mesajlarını göndərib.

Onun sözlərinə görə, "İranın nüvə və ballistik raket proqramlarının yaratdığı təhlükə, habelə təxribatçı və dağıdıcı planları beynəlxalq ictimaiyyətdən ciddi hərəkət tələb edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO