İsraildə sərt karantin tətbiq edildi 

Hazırda oxunan: İsraildə sərt karantin tətbiq edildi 

7513

İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə iki həftəlik sərt karantin rejiminin tətbiq edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Sərt karantin tədbirləri 7 yanvar tarixindən qüvvəyə minəcək.

Netanyahu, həmçinin pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib:

"Koronavirusun Britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın mərhələsindəyik”.

Xatırladaq ki, İsrail hökuməti 5 yanvarda daha sərt məhdudlaşdırıcı tədbirləri qəbul edib.

Beləliklə, cümə axşamı günündən ölkədə məktəblər və bəzi müəssisələr bağlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO