12 yaşlı qız "TikTok"-u məhkəməyə verdi

Hazırda oxunan: 12 yaşlı qız "TikTok"-u məhkəməyə verdi

7500

İnternet həyatımızın vazgeçilməz bir hissəsinə çevrildiyi günlərdə dövlətlər və təşkilatlar şəxsi məlumatların qorunması üçün ciddi tədbirlər görürlər. 

Bizim.Media bildirir ki, Bloomberg-in yayımladığı xəbərə görə, Londonda yaşayan 12 yaşlı bir qız, "TikTok"-u Avropa Birliyinin ciddi məlumatların qorunması qaydalarını pozduğu üçün məhkəməyə verib.

Məlumata görə, "TikTok"-a qarşı qaldırılan işin səbəbi şəxsi məlumatlardır.

Məhkəmə prosesi davam edərkən, uşağın kimliyini gizlətməyə qərar verilib.

Məhkəmə prosesləri zamanı İngiltərənin Uşaq Komissarı Anne Longfield uşağı təmsil edəcək. 

Maraqlısı odur ki, "TikTok"-un şərtlərinə görə tətbiqetmədən 13 yaşdan aşağı şəxslər istifadə edə bilməz. Buna görə, texniki olaraq iddia qaldıran qızın "TikTok" istifadə etməsi qanunsuzdur, bu faktın məhkəmə prosesinə necə təsir edəcəyi olduqca maraqlıdır.

Bunu da nəzərə çatdırmaq lazımdır ki 2020-ci ilin sonu etibarı ilə "TikTok"-un 800 milyondan çox aktiv istifadəçisi var. (techland)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO