Bloomberg:

Bloomberg: "Aİ sanksiyaları pozmadan Rusiya qazını almaq planı hazırlayıb"

Hazırda oxunan: Bloomberg: "Aİ sanksiyaları pozmadan Rusiya qazını almaq planı hazırlayıb"

74538

Avropa İttifaqı Rusiya qazının Avropa sanksiyalarını pozmadan və Rusiyanın karbohidrogenlərin rublla ödənilməsi tələbini yerinə yetirmədən necə idxal edəcəyi ilə bağlı həll yolu hazırlayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə  rəsmi mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. 

“Cümə günü keçirilən qapalı iclasda Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv dövlətləri məlumatlandırıb ki, yeni təlimata əsasən, şirkətlər “Qazprombank”da hesab aça bilər, bununla belə, onlar dollar və ya avro ilə ödəniş etməli və müqavilə üzrə öhdəliklərini yerinə yetirilmiş hesab etdiklərini bəyan etməlidirlər.
Bu şərtlər yerinə yetirilərsə, tənzimləyici şirkətlərin hərəkətləri sanksiyaların pozulması kimi görülməyəcək” – deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, iclasda məsələ ilə bağlı bir sıra fikir ayrılıqları yaranıb. Belə ki, Almaniya, Macarıstan, Fransa və İtaliya təklif olunan planı dəstəkləsə də, Polşa nümayəndələri Aİ səfirləri səviyyəsində görüşün keçirilməsini təklif ediblər.

Bəzi ölkələr yeni təlimatda Avropa şirkətlərinin “Qazprombank”da rubl hesabı aça biləcəyini açıq şəkilildə göstərilməməsindən narazı qalıb.

Bu həftənin əvvəlində “Bloomberg” xəbər verib ki, 20-yə yaxın Avropa şirkəti Rusiya qazının pulunu ödəmək üçün artıq “Qazprombank”da hesab açıb, daha 14-ü isə belə hesabların açılması üçün tələb olunan sənədlərin siyahısını tələb edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO